Yeni mövsümə hazırlaşan "Sumqayıt"da ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Masaki Murata ilə Premyer Liqa təmsilçisi arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Masaki Murata 2023-cü ilin yanvar ayından "Sumqayıt"da çıxış edirdi. Yapon yarımmüdafiəçi "kimyaçılar"ın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi