Macarıstanın "Fehervar" klubunun qapıçısı Balaj Tot "Ayka" ilə yoldaşlıq görüşündə qazanılan qələbəni (3:2) şərh edərkən komandasının “Sumqayıt”la matç öncəsi vəziyyətinə toxunub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, macar qolkiper Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq "Fehervar" hələ ki, ideal formadan uzaqdır:
"Yeni baş məşqçi ilə yeni oyun sistemi üzərində işləyirik. İkinci yoldaşlıq görüşümüz olduğunu nəzərə alsaq, heç də pis oynamadıq. Məşqdə etdiyimiz bütün elementləri oyunda tətbiq etməyə çalışdıq. Buna müvəffəq olduq. Lakin Konfrans Liqasında və çempionatda oynamaq istədiyimiz formadan hələ də uzağıq".
Xatırladaq ki, "Sumqayıt" və "Fehervar" matçları iyulun 25-i və 31-də keçiriləcək.
saytlarin hazirlanmasi