Konfrans Liqası: "Sumqayıt"ın "Fehervar"la oyunlarının başlama saatı açıqlandı

14:34 - 9 İyul 2024

"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlarının başlama saatı müəyyənləşib.

Sportal.az xəbər verir ki, komandalar arasında ilk oyun iyulun 25-də Sumqayıtda keçiriləcək və saat 20:00-da başlayacaq.

Cavab matçı isə iyulun 31-də Sekeşfehvarda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbər xətti