"Sumqayıt" "Adana Demirspor"la qarşılaşacaq

18:12 - 10 İyul 2024

"Sumqayıt"ın Ankara toplanışındakı son rəqibinin kimliyinə aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə Super Liqası təmsilçisi "Adana Demirspor"la qarşılaşacaq. İyulun 16-da baş tutacaq matçın məkanı və saatı barədə məlumat paylaşılacaq.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə kecirdyilk hazırlıq oyununda Rusiyanın "Orenburq" klubuna 1:2 hesabı ilə məğlub olub.

Xəbər xətti