"Sumqayıt" serbiyalı müdafiəçi gətirir

13:18 - 11 İyul 2024

Transfer çalışmalarını davam etdirən "Sumqayıt" bu dəfə serbiyalı oyunçu transfer edə bilər.

Sportal.az saytına verilən məlumata görə, "kimyaçılar" Slaviş Radoviçlə danışıq aparır. 

Artıq tərəflər arasında danışıqlar davam etdirilir.

30 yaşlı müdafiəçinin komandaya yaxın günlərdə qoşulacağı gözlənilir.

Radoviçin "Sumqayıt"la 1+1 illik müqavilə imzalayacağı iddia edilir. 

O, hazırda azad agent statusuna malikdir. Futbolçu həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi və yarımmüdafiəçisi kimi oynaya bilir.

"Radoviç" "Voyvodina", "Olimpik"(Sarayevo), "Zemun", "Vojdovaç", "Zemun", "Velej Mostar", "Liepaya"(Latviya) kimi klublarda oynayıb.

Xəbər xətti