"Sumqayıt"ın yeni transferi açıqlandı - RƏSMİ

17:56 - 11 İyul 2024

"Sumqayıt" yeni futbolçusunu açıqlayıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu keçidini rəsmiləşdirib.

"Kimyaçılar" son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalayıb.

Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə 1+1 illik anlaşma əldə olunub.

Radoviç yeni komandasında 3 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Rəhim Sadıxov və Fernando Medeirosun keçidini rəsmiləşdirib.

Xəbər xətti