"Sumqayıt"ın rəqibi darmadağınla qazandı

10:14 - 12 İyul 2024

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Macarıstan klubu Bolqarıstanın "Hebar" komandası ilə üz-üzə gəlib.

"Sumqayıt"ın rəqibi bu matçda 5:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, "kimyaçılar" ilk oyunu iyulun 25-də evdə keçirəcək. Cavab matçı isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Xəbər xətti