"Sumqayıt" Türkiyə klubuna qalib gəldi

23:48 - 12 İyul 2024

Yeni mövsümə hazırlıqların 2-ci mərhələsini Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə 1-ci liqası təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gəlib.

"Kimyaçılar" 35-ci dəqiqədə Cordan Rezabalanın matçda vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

Xəbər xətti