"Sumqayıt" Türkiyə toplanışı çərçivəsində keçirdiyi hazırlıq matçında yerli "Gənclərbirliyi" klubunu 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov klubun mətbuat xidmətinə oyun haqda fikirlərini bölüşüb:
"Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı fiziki hazırlıqlarımız da davam edir. "Gənclərbirliyi" ilə yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik. Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar. Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik".
saytlarin hazirlanmasi