"Sumqayıt"ın rəqibi qələbə qazandı

17:30 - 13 İyul 2024

Avropa Konfrans Liqasının I təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Feherva yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisi Sloveniyanın "Dekani" klubu ilə qarşılaşıb. Matç "Fehervar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk oyunu iyulun 25-də evdə keçirəcək. Cavab matçı isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Xəbər xətti