"Sumqayıt"da ayrılıq: Rusiya klubuna keçdi

18:33 - 13 İyul 2024

Yeni mövsümə hazırlaşan "Sumqayıt"da ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Kamran Aliev komandanı tərk edib. 25 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək. 

Rusiya vətəndaşlığı olan futbolçu "SKA-Xabarovsk"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kamran Aliev I Divizion klubu ilə 1 illik müqavilə imzalayıb.


Xəbər xətti