"Sumqayıt" Xorvatiyadan hücumçu gətirdi - RƏSMİ

22:30 - 13 İyul 2024

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar" son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb.

27 yaşlı hücumçu "Sumqayıt"da 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.


Xəbər xətti