Konfrans Liqasının seçmə mərhələsinin 2-ci turunda “Sumqayıt”ın rəqibi olan Macarıstanın “Fehervar” klubu ciddi maliyyə problemi ilə üzləşib.
Sportal.az "Magyar Nemzet"ə istinadən xəbər verir ki, ölkənin ən böyük neft-qaz şirkəti MOL-un ilin əvvəlində klubla əməkdaşlığını dayandırmasından sonra Fehervar təxminən 850 min avro itirib.
Bunu nəzərə alaraq, klubun maaşları xeyli azaldılıb. Buna görə də, bir sıra aparıcı futbolçular komandanı tərk edərək, hazırda MOL-un sponsorluq etdiyi “Uypeşt”ə keçib.
Üstəlik, klubun sahibinin onu idarə etmək üçün şəhər rəhbərliyinə təhvil verəcəyi gözlənilir.
Xatırladaq ki, “Sumqayıt” – “Fehervar” matçları iyulun 25-i və 31-də baş tutacaq.
saytlarin hazirlanmasi