"Sumqayıt" - "Fehervar" matçına satılan biletlərin sayı məlumdur

13:33 - 16 İyul 2024

UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasına bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matça artıq 1500 bilet satılıb.

Qeyd edək ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Xəbər xətti