"Sumqayıt"da növbəti ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ilə Kasimir Ninqa arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kimyaçılar" çadlı futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Kasimir Ninqa 2023-cü ilin yayından "Sumqayıt"da çıxış edirdi. 31 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi