"Fehervar" - "Sumqayıt" matçının biletləri satışa çıxarıldı

10:48 - 17 İyul 2024

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun Sekeşfehervarda keçiriləcək “Fehervar” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Sportal.az Macarıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, cavab görüşü üçün satışa çıxarılan biletlərin qiyməti 1700-5000 macar forinti (təxminən 8-24 manat) arasında dəyişir.

“Fehervar” – “Sumqayıt” matçı iyulun 31-də “Şoşto” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

İlk görüş isə iyulun 25-də Sumqayıtda baş tutacaq.

Xəbər xətti