"Sumqayıt" - "Fehervar" matçına nə qədər bilet satılıb?

13:13 - 17 İyul 2024

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sumqayıt" - "Fehervar" oyununa bilet satışı davam edir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 2200 bilet satılıb.

Qeyd edək ki, oyuna gəlmək istəyənlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilər.

Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır

Xəbər xətti