"Sumqayıt" - "Fehervar" matçına satılan biletlərin sayı məlumdur

17:57 - 18 İyul 2024

Konfrans Liqası I təsnifat mərhələsinin "Sumqayıt" - "Fehervar" oyununa 2800 bilet satılıb.

Sportal.az xəbər verir ki, bu barədə"kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, 20 iyul tarixindən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Xəbər xətti