Samir Abasovun mətbuat konfransı olacaq

17:16 - 22 İyul 2024

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Sportal.az xəbər verir ki, əvvəlcə saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və 1 futbolçu media mənsubları önünə çıxacaq. Saat 18:30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

Daha sonra isə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı saat 19:30-da baş tutacaq. 20:00-da isə komandamızın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

Xəbər xətti