“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Macarıstanın “Fehervar” klubu azarkeşləri ilə birgə səfərə çıxmağa hazırlaşır.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Macarıstan klubu oyundan bir gün əvvəl, iyulun 24-də Azərbaycana uçacaq və həmin gün 50-yə yaxın “Fehervar” azarkeşi də onlarla birlikdə ölkəmiz gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna artıq 4000-dən çox bilet satılıb. Arenanın tutumu isə təxminən 9700 nəfərlikdir.
"Sumqayıt" - "Fəhərvar" matçı iyulun 25-də keçiriləcək və oyuna 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi