"Sumqayıt"ın rəqibi yığmanın üzvü ilə anlaşdı

15:34 - 23 İyul 2024

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan Macarıstanın "Fehervar" klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportal.az xəbər verir ki, bu klub "Puşkaş Akademiya"da oynamış Gerqo Omingeri icarə əsasında heyətinə qatıb.

Macarıstanın U-21 yığmasında da çıxış edən yarımmüdafiəçi artıq komandanın düşərgəsinə qoşulub.

"Sumqayıt"ın "Fehervar"la ilk görüşü iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Xəbər xətti