"Sumqayıt" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah doğma meydanda "Fehervar"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sabah bizi maraqlı və ağır oyun gözləyir. Öz meydanımızda oynayırıq. Matça maraq böyükdür. İnanıram ki, azarkeşlərimiz stadionu dolduracaq. İndi nəsə demək çətindir. Mövsümdə ilk oyunumuzdur. Vacib matçdır. Bir ildir bunun üçün mübarizə aparırıq. Sabah meydana ümidləri doğrultmaq niyyəti ilə çıxacağıq.
- Mətbuatda çıxan xəbərlərə görə, rəqibdə maliyyə problemi yaşanır. Bu, oyuna necə təsir edəcək?
- Mətbuatda çıxan xəbərlərə köklənməmişik. Bilirik ki, "Fehervar" necə çətin komandadır. Onların bir neçə oyununa baxmışıq. Komandaya gələnləri də nəzərə almalıyıq. İnanmıram ki, "Fehervar"da baş verənlər sabah həlledici olacaq. Ən önəmli faktor öz oyunumuzdur.
- Rəqibdə baş məşqçi dəyişib. Bu, onların oyun üslubunun dəyişməsinə səbəb olacaq?
- Rəqibdə heç nə dəyişməyib. Oyun üslubunda dəyişiklik yoxdur. Təhlükəli futbolçular komandada qalıb. Biz öz oyununuza köklənmişik.
- Hansı nəticə "Sumqayıt" üçün qənaətbəxş hesab olunacaq?
- Hesabın fərqi yoxdur. Bu, son nəticədə olmayacaq. İkinci oyun daha önəmli olacaq. İlk matçda bir-birimizi tanıyacağıq.
- Rəqib komandanın gəlişi gecikdi. Onlar burada məşqə də çıxmayacaq. Bu, oyuna necə təsir edəcək?
- Bu haqda düşünmürəm. Futbol hər yerdə eynidir. İnanmıram ki, oyuna təsir etsin. Başqa motivasiya ilə meydana çıxacaqlar.
- Qarşınıza avrokuboklarla bağlı hansı hədəf qoyulub?
- Mən həmişə qarşıma hədəflər qoymuşam. Hədəfimiz bacardığımız qədər irəli getmək olacaq.
- Heyət avrokuboklar üçün yetərlidir?
- Yetərli deyil. Bu gün transferlərdən danışmaq üçün uyğun gün deyil.
Elçin Əlixan
saytlarin hazirlanmasi