2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü Özbəkistanın “Surxon Termiz” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı hücumçu komandada 99 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.
saytlarin hazirlanmasi