"Spartak"ın sabiq forvardı Azərbaycan çempionatında oynayacaq - VİDEO

11:34 - 15 Avqust 2024

"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb. “Kimyaçılar” son mövsümü Özbəkistanın “Surxon” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.

Peşəkar karyerasına “Karvina”da (Çexiya) başlamış 25 yaşlı hücumçu 2017-2020-ci illərdə “Spartak”(Moskva) klubunun formasını geyinib. Əsas komandada 1, ikinci komandada isə 108 oyuna çıxmış Nimeli 2021-ci ildə “Spartak”ı tərk edərək “NK Qoritsa” klubuna keçib.

Finlandiyada “lveş”, Xorvatiyada “Solin” klubunda da oynamış Silvanus “Surxon”un heyətində 30 oyuna 12 qol vura bilmişdi.

Sportal.az onun müxtəlif klublarda göstərdiyi performans videosunu təqdim edir:

Xəbər xətti