"Sumqayıt" PFL-in əsasnaməsini pozdu, AFFA cərimələdi

14:49 - 21 Avqust 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası III tur

17 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

17 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);

17 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sumqayıt” – “Səbail” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 70.1);

Xəbər xətti