"Sumqayıt"ın müdafiəçisi: "Çempionatdakı pauza bizim üçün yaxşı olacaq"

13:48 - 30 Avqust 2024

"Düşünürəm ki, son turda "Sabah"la görüşdə zəif oyun keçirdik. Ona görə məğlub olduq Amma mövsüm yeni başlayıb. Bizim yeni komandamız var. Yeni futbolçularıın da çempionatımıza alışması üçün vaxt lazımdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Murad Xaçayev deyib.

O, komandasının Premyer Liqanın 4-cü turundakı "Sabah"la(3:1) oyununu şərh edib. Xaçayev, Konfrans Liqasının 1-ci mərhələsinin "Fehervar"la (1:2, 0:0) oyunun da xatırlayıb: 

"Fehervar"ı keçsəydik, nələr ola bilərdi məsələsini uzun müddət müzakirə etmək olar. Amma fakt budur ki, həmin oyun artıq keçmişdə qalıb İrəliyə baxmaq lazımdır".

Murad. Premyer Liqanın 5-ci turunda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri oyundan gözləntilərini də bölüşüb: "Araz Naxçıvan" keyfiyyətli əcnəbi futbolçulardan ibarət yaxşı komandadır. Son turda “Neftçi”yə qarşı layiqli görünürdülər. Amma bizim üçün heç nə dəyişmir. Evdə oynayırıq, azarkeşlərimizin dəstəyi ilə ancaq qələbə üçün oynayacağıq".

Premyer Liqada 5-ci turdan sonra Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlarına görə ölkə çempionatında fasilə yaranacaq. "Sumqayıt"ın futbolçusu bu fasilənin komandası üçün mənfi, yoxsa müsbət rol oynayacağı barədə də fikirlərini söyləyib: "Düşünürəm ki, pauza bizim üçün, sonradan komandaya qoşulanlar üçün də yaxşı olacaq. Optimal vəziyyətə düşmək üçün vaxt olacaq".

Mirbağırağa

Xəbər xətti