“Sumqayıt”ın yollarını ayırdığı Erik Sorqa karyerasını Asiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu Vyetnamda oynayacaq.
Estoniya millisinin üzvü yüksək liqada çıxış edən “Ho Çi Min Siti” klubu ilə anlaşıb.
"Sumqayıt"a lazım olmayan hücumçu asiyalılarla iki illik müqaviləyə qol çəkib. Qeyd edək ki, Sorqa ötən yay "Lokomotiv"(Plovdiv) klubundan "Sumqayıt"a keçmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi