"Sumqayıt"da gözlənilməz ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Slavişa Radoviçlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bosniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Sumqayıt" Slavişa Radoviçi bu ilin iyul ayında heyətinə qatmışdı.
saytlarin hazirlanmasi