Azərbaycan millisi Çexiyada məşqə çıxdı

00:00 - 30 Noyabr -0001

Sentyabrın 19-da və 20-də Çexiya yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, millimiz oyunun keçiriləcəyi Zlin şəhərindəki idman zalında ilk məşqinə çıxıb.

Təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar taktiki tapşırıqlar və standart vəziyyətlərin icrası üzərində çalışıb.

Növbəti məşq bu gün eyni məkanda baş tutacaq.

Xəbər xətti