Xabi Alonso: "Milan"a qarşı oynamaq bizim üçün şərəfdir"

21:25 - 30 Sentyabr 2024

"Bayer" Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda doğma meydanda "Milan"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan əvvəl açıqlama verib. İspan mütəxəssis "Milan"a qarşı oynamağın onlar üçün qürurlu olduğunu bildirib:

"Milan" Çempionlar Liqasının tarixidir. Arriqo Sakki, Fabio Kapellonun dövründən bu günə qədər onları izləyirəm. Möhtəşəm oyunçuları var. "Milan"a qarşı oynamaq bizim üçün şərəfdir".

Qeyd edək ki, "Bayer" - "Milan" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti