"Sumqayıt"ın yarımmüdafiəçisi Tresor Mossinin şərəfini qoruduğu Burundi millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin L qrupunda növbəti oyununu Burkina Faso ilə keçirib.
Sportal.az xəbər verir ki, Mossinin komandası bu görüşdə 0:2 uduzub.
“Sumqayıt”ın futbolçusu bütün matçı meydanda keçirib.
Xatırladaq ki, milli komandalar arasında bir neçə gün əvvəl baş tutan əvvəlki oyunda da Burkina-Faso komandası daha güclü (4:1) olmuşdu.
Burundi hazırda 3 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi