“Mançester Siti” Rodrini buraxmaq fikrində deyil.
Sportal.az “Cadena SER”ə istinadən xəbər verir ki, yaxın vaxtlarda “şəhərlilər” ispanla müqavilə müddətini artıracaq.
İngiltərə klubunun rəsmiləri ehtimal edir ki, digər top-klublar “Qızıl top”un yeni sahibini özlərinə cəlb etməyə çalışacaqlar.
Ona görə də Rodriyə yeni müqavilə təklif ediləcək.
“Mançester Siti” isə 28 yaşlı futbolçunu saxlamağı planlaşdırır. Rodrinin "şəhərlilər"lə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi