Onun çətin günlərini yaşayan bir kluba baş məşqçi təyin olunması riskli qərar idi. Bu mövsüm Premyer Liqada yerini itirmək təhlükəsi yaşayan klublar arasında "Sumqayıt" da var. Buna baxmayaraq, klubun prezidenti Riad Rəfiyev cəsarətli addım atdı, Premyer Liqa təcrübəsi olmayan Vaqif Cavadovu "Sumqayıt"a baş məşqçi təyin etdı.
Onun 3 oyuna 6 xal toplaması gözlənilməzlik hesab oluna bilər. Evdə "Turan Tovuz"a məğlub olsalar da, əvvəlcə "Səbail"i, ardınca "Sabah"ı məğlub etdilər. Əslində, Tovuz təmsilçisinə qarşı da pis təsir bağışlamamışdılar. Lakin qısa zaman kəsiyində 3 qol buraxandan sonra geridönüş edə bilməmişdilər.
Məsələ təkcə nəticələrdə deyil. "Sumqayıt" oyundan-oyuna daha yaxşı görünür. Vaqif Cavadov oyunsonrası mətbuat konfransında deyib ki, ilk növbədə nəticəni düşünəcəklər, zamanla isə arzusunda olduğu oyun üslubunu otuzdurmağa çalışacaq.
Cavadov "Sumqayıt"ın baş məşqçisi təyin olunana qədər adıçəkilən klubun U-16, U-17, U-19 və əvəzedici heyətini çalışdırıb. İşə yanaşması, məsuliyyəti, futbolçularla işləmək bacarığı və ən əsası müasir futbolun tələbləri ilə ayaqlaşmaq istəyi bir məşqçi kimi yetişəcəyinə olan ümidləri artırır.
"Sabah" üzərində qələbədən sonra "hələ heç nə etməmişik" deyib. Doğru yanaşmadır. İnkişaf etmək üçün maksimalist olmaq vacibdir, özünətənqidi yanaşma gərəkdir. Vaqif Cavadov yaxşı başlayıb. Ardını gətirə bilsə, qazancımız olacaq. Məşqçi kapitalı kasad olan futbolumuzda dövrün kriteriyalarına cavab verən mütəxəssislərə ehtiyac var.
Həmid
saytlarin hazirlanmasi