Millimiz Haitiyə 3 qolla məğlub oldu - YENİLƏNİB

23:34 - 22 Mart 2025

Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Haiti yığması ilə üz-üzə gəlib. Matç millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ikinci yoxlama görüşünü martın 25-də, saat 21:45-də, “Bank Respublika Arena”da Belarus yığmasına qarşı keçirəcək.

22 mart

21:45 Azərbaycan Haiti 0:3

Qollar: Pierrot,9, 62, Jan-Jak,83

Qırmızı vərəqə: Elvin Cəfərquliyev,84

Baş hakim: Kadir Sağlam
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta
Dördüncü hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Xəbər xətti