"Barselona" “Liverpul”un vingeri Luis Diası növbəti mövsüm hücumu gücləndirmək üçün potensial namizəd kimi nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, "Mundo Deportivo"nun əldə etdiyi məlumata görə, kolumbiyalı oyunçu “Barselona”nın addımlarını gözləyir. O, klubun gələn mövsüm ona güvənib-güvənməyəcəyini anlamaq istəyir.
Dias “Barselona”da oynamağı arzulayır və nə qədər lazım olsa, gözləməyə hazırdır. Bununla belə, klubdan dəqiq bir siqnal almayana qədər ümidlərini çox böyütmək istəmir.
Qeyd edək ki, 28 yaşlı oyunçunun “Liverpul”la müqaviləsi hələ iki il qüvvədədir. O, cari Premyer Liqa mövsümündə 28 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi