Vaqif Cavadov: "Qol epizodlarından daha yaxşı istifadə edirik"

21:39 - 29 Mart 2025

"Sumqayıt" Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Sabah"la 3:3 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox yaxşı oyun oldu. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Amma məncə, 3:3 ədalətli nəticə idi. "Sabah"a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik.

- 3 oyun, 8 qol... Qolsuz seriyadan sonra nəyi dəyişdiz?

- Böyük dəyişiklik yoxdur. Sadəcə olaraq futbolçulara özünəinam gəldi və qol epizodlarından daha yaxşı istifadə edirik. Ona görə də qollar vururuq. Komandama təşəkkürümü bildirirəm. İkinci oyundur ki, xarakter göstəririk və məğlub durumdan çıxa bilirik. Futbolçularıma güvənirəm.

- Mehdi Cənnətovun performansını necə dəyərləndirirsiz?

- Bir neçə kritik epizodda komandanı qoldan xilas etdi. Bütün futbolçularıma təşəkkür edirəm. Komandanın istəyi, ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik.

Elçin Əlixan 

Xəbər xətti