"Sumqayıt" İmani Barker ilə müqavilə imzalayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" 22 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 4 illikdir.

Lakin futbolçu "Karvan-Yevlax"a icarəyə verilib.

Fransız futbolçu "Havr", "Klermon", "Genyon" klublarında oynayıb.