"Sumqayıt" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Sabah"a 1:3 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Sabah"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Yaxşı oynadılar, qələbəyə layiq idilər. Bütün səhvlərimizin cəzasını çəkdik. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Ancaq bu elə oyunlarda bütün 90 dəqiqəni yaxşı oynamaq lazımdır.
- “Sabah”ın “Qarabağ”ı məğlub etməsi futbolçularda çəkingənlik yaratmışdı? Oyunda edilən səhvlər nə ilə bağlı idi?
- "Qarabağ"ın uduzmağı futbolçulara heç bir təsir etmədi. Qolları buraxdığımız səhvlərdən gördük. 2-ci və 3-cü qolu çox sadə buraxdıq. Bu səhvlərdən qolları gərək buraxmazdıq.
- Yankoviçin durumu haqda nə dyə bilərsiniz? Gay ehtiyatda olur, gah əsas heyətdə meydana çıxır.
- Bu cür olmağı Yankoviçin hələ tam formaya düşə bilməməyinə görədir. Çalışırıq ki, daha yaxşı olsun.
- Qış transfer pəncərəsində hücumçu almaq planınızda varmı?
- Hücumçuya ehtiyacımız var. Rəhbərliyə bu barədə düşüncələrimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
