Misli Premyer Liqasının 32-ci turu çərçivəsində "Zirə" - "Sumqayıt" qarşılaşması keçirilir.

Sportal.az xəbər verir ki, ikinci hissəsi davam edən matçda "Sumqayıt"ın futbolçusu Kənan Feyziyev ilk hissədə zədələnərək sıradan çıxıb.

Oyunu davam etdirə bilməyən futbolçu yerini Aleksandr Ramalinqoma verib.