Nazim Süleymanov: "Çalışacağıq ki, 3-cü yer uğrunda oyunda nəticə qazanaq"

03:58 - 13 İyul 2013

"Məğlubiyyəti də həzm etmək lazımdır"

 

Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirinin 1/2 final mərhələsində keçirilmiş Azərbaycan – Oman (1:2) oyunundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov affa.az saytına fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, göstərdikləri oyuna görə futbolçulara təşəkkür edən Süleymanov fikrini belə izah edib: 

 

“İki gündən bir oyun keçirmək çox çətindir. Bunu uduzduğumuza görə demirəm. Həmin müddətdə bərpa prosesi keçə bilmədik. Fiziki hazırlığımızın yüksək səviyyədə olmaması da öz sözünü dedi. Bununla belə, futbolçulara təşəkkür edirəm. Məğlubiyyəti də həzm etmək lazımdır. Çalışacağıq ki, 3-cü yer uğrunda oyunda nəticə qazanaq. Oyun ərzində futbolçular sarı və qırmızı vərəqələrdən özlərini sığortalamağı bacarmalıdırlar. Heç nədən qırmızı vərəqə aldıq”. 

Xəbər xətti