"Bir futbolçu kimi mənə ehtiyac olmasa, karyeramı başa vuracam"

14:13 - 16 İyul 2013

Aftandil Hacıyev: "Ona görə də hələ gözləyirəm"
 
“Sumqayıt”ın müdafiəçisi Aftandil Hacıyev komanda ilə başa çatan müqaviləsini yeniləməyib.
 
Bu barədə Sportal.az-a açıqlamasında futbolçu özü deyib. O, şifahi təkliflərin olduğunu, amma rəsmi heç bir təklifin olmadığını deyib:
 
“Şifahi təkliflər var. Ancaq rəsmi bir şey ortada yoxdu. Ona görə də hələ gözləyirəm. Yay “transfer pəncərəsi” bağlanana qədər gözləyəcəm. Əgər belə getsə, bir futbolçu kimi mənə ehtiyac olmasa, karyeramı başa vuracam. Onu da qeyd edim ki, klubda məşqçi işləmək üçün təkliflər var. Əgər karyeramı bitirsəm, yəqin ki, uşaqlarla işləyəcəm”.

Xəbər xətti