"Bu qarşılaşmada özümüzü və rəqibi təhlil etmək imkanı qazandıq"

16:15 - 16 İyul 2013

Məşqçi fikirləri
 
Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
 
Sportal.az xəbər verir ki, yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi affa.az saytına fikirlərini bildirib:
 
Patrisia Qonzales (Azərbaycan U-19 yığmasının baş məşqçisi): "Oyun istədiyimiz kimi alınmadı. Qələbə qazanmağımıza baxmayaraq, bu, heç də yaxşı oyunlarımızdan biri deyildi. Komandaya fərqli tapşırıqlar verilmişdi. Bu qarşılaşmada özümüzü və rəqibi təhlil etmək imkanı qazandıq. Avropa çempionatının seçmə mərhələsinin startına qədər oyunumuzu təkmilləşdirməyə çalışacağıq".
 
Natalya Zinçenko (Ukrayna U-19 yığmasının baş məşqçisi): "Buraya gətirdiyimiz heyət yeni yığılıb. Təbii ki, yeni komandadan daha artığını gözləmək çətindir. İstənilən halda, mğlubiyyət xoş deyil. Müdafiədə bağışlanmaz səhvlər buraxdıq və bu baxımdan uduzmağımız məntiqəuyğundur. Növbəti oyunda daha yaxşı çıxış etməyə çalışacağıq".

Xəbər xətti