"Sumqayıt"dan növbəti transfer

03:54 - 19 İyul 2013

Klub yeni müdafiəçisi ilə müqavilə imzaladı

 

"Sumqayıt" 2013-14 mövsümü üçün transfer çalışmalarını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümü klubda icarə əsasında keçirmiş Slavik Alxasov daha 1 il "Sumqayıt"da qalacaq. 20 yaşlı müdafiəçi Sumqayıt təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Slavik Alxasov ötən mövsüm Azərbaycan Premyer Liqasında 29 oyunda 2610 dəqiqə meydanda olub.

Xəbər xətti