Matçdan sonra məşqçi fikirləri
Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunu 2:2 hesbı ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisi affa.az saytına fikirlərini bildirib:
Patrisia Qonzales (Azərbaycan U-19 yığmasının baş məşqçisi): "Bu gün heç-heçə etsək də, ötən oyunla müqayisədə daha yaxşı oynadıq. Bu yoldaşlıq görüşləri bizim üçün vacib idi. Birinci hissədə Ukrayna yığması aqressiv oynadı. Buna görə fasilədə bildirdim ki, rəqibə qarşı qaydalar çərçivəsində daha sərt mübarizə aparmaq lazımdır. Beləcə, topa da daha çox nəzarət bizim tərəfimizə keçdi".
Natalya Zinçenko (Ukrayna U-19 yığmasının baş məşqçisi): "Bu oyunların yüksək səviyyədə təşkili və bizə dəvət göndərdiyinə görə AFFA-ya təşəkkür edirik. Oyuna gəlincə, iki gün əvvəlki qarşılaşma ilə müqayisədə daha yaxşı çıxış etdik. Əsas çatışmazlığımız qol epizodlarını reallaşdıra bilməməyimizdir. Bu oyunlar heyətimizin komplektləşdirilməsi baxımından bizim üçün əhəmiyyətli idi".
saytlarin hazirlanmasi