Onun sözlərinə görə, 2008-ci ilin aprelindən millimizi çalışdıran Berti Foqtsla müqavilə cari seçmə mərhələnin, ilin sonunda bitdiyindən, namizədlər siyahısı hazırlanacaq: “Orada yerli mütəxəssislər də ola bilər. Həm Foqtsun öz aldığı təkliflərə, həm də namizədlərimizdən ibarət siyahıya baxacağıq. Millimizin 3 oyunu qalıb. Seçmə mərhələ bitəndən sonra bu matçlarla bağlı hesabata hazırlanaraq, AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq”.