"Sumqayıt"ın Gürcüstan hazırlığı FOTOREPORTAJ

03:44 - 20 İyul 2013

Təmsilçimiz məğq ikitərəfli oyunla yekunlaşdırdı

 
"Sumqayıt" Futbol Klubu AzərbaycanPremyer Liqasının 2013 - 2014 mövsümü üçün hazırlıq mərhələsinin ikinci mərhələsini Gürcüstanda davam etdirir.
 
Sportal.az xəbər verir ki, təmsilçimiz ötən gün yağışlı havada məşqə çıxıb. Məşqin əvvəlində taktiki hazırlıq üzərində çalışan komanda sonda ikitərəfli oyunla məşqi başa vurub.
 
Qeyd edək ki, Orxan Əliyev və Pərdis Fərcad-Azad fərdi şəkildə məşq edir.
 
Aqil Məmmədovun rəhbərlik etdiyi komanda xəbər verdiyimiz iyulun 20-də isə Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək. "Sumqayıt" FK-nun qonşu Gürcüstandakı 3-cü yoxlama oyununu isə "Quriya Lançxuti"yə qarşı keçirəcək.
 
 

Xəbər xətti