"Sumqayıt" ikinci oyunda da qalib gəldi FOTOLAR

11:00 - 21 İyul 2013

Komanda gürcü klublarını məğlub edir
 
Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" qonşu ölkədə ikinci yoxlama görüşünə çıxıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik elədiyi komanda Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gəlib. Görüş "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Nurlan Novruzovla Vüqar Əsgərov fərqlənib.
 
Qeyd edək ki, “Sumqayıt”  bundan öncə birinci liqa təmsilçisi “Mertsxali” ilə qarşılaşmış və 3:0 hesabı ilə qalib gəlib. Komanda Gürcüstandakı 3-cü yoxlama oyununu isə iyulun 22-də "Quriya Lançxuti"yə qarşı keçirəcək.
 
 

Xəbər xətti