Ruslan Qurbanov daha 1 il "Sumqayıt"da

15:51 - 22 İyul 2013

22 yaşlı yarımmüdafiəçi klubla birillik müqavilə imzaladı
 
"Sumqayıt" 2013-2014-cü illər mövsümü üçün transfer çalışmalarını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümü klubda icarə əsasında keçirmiş Ruslan Qurbanov daha 1 il "Sumqayıt"da qalacaq. 22 yaşlı yarımmüdafiəçi klubla birillik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Ruslan Qurbanov ötən mövsüm Premyer Liqada 24 oyunda 1753 dəqiqə meydanda olub və rəqib qapılarından 6 top keçirib.

Xəbər xətti