"Sumqayıt" klubunun zədəliləri sıraya dönür

14:40 - 28 İyul 2013

Hər iki oyunçu məşqlərə başlayıb
 
“Sumqayıt” klubunun zədəliləri sıraya dönür. Sportal.az xəbər verir ki, bir müddətdir ki, zədədən əziyyət çəkən kapitan Samir Abasov, eləcə də Mirzağa Hüseynpur hazırda özlərini yaxşı hiss edirlər. Hər iki oyunçu məşqlərə başlayıb.
 
 
Amma həm Samir, həm Mirzağa eyni zamanda digər zədəli Orxan Əliyev çempionatın ilk turlarında “Sumqayıt”a kömək edə bilməyəcəklər.
 

 

Xəbər xətti