"Sumqayıt" "Xəzər Lənkəran"la oyuna ciddi itkilərlə hazırlaşır

18:39 - 30 İyul 2013

Əsas heyətin 4 futbolçusu fərdi məşq edir

 
"Sumqayıt" Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Xəzər Lənkəran"la oyunun hazırlığını davam etdirir.
 
Sportal.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına stadionda məşq edir.
 
Zədəli olan Pərdis Fərcad-Azad, Orxan Əliyev, Mirzağa Hüseynpur və Samir Abasov fərdi məşqlərlə kifayətlənir.

Xəbər xətti